Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilər və fransızlar CAESAR-la bağlı razılığa gəliblər


Ermənistan və Fransa ikincinin istehsalı olan CAESAR özüyeriyən haubitsaların tədarükünə dair müqavilə imzalayıb.

“Sputnik-Ermənistan” xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastyan Lekornu “X” sosial şəbəkəsində yazıb.

“Biz Ermənistanla müdafiə sahəsində əlaqələrimizi gücləndirməkdə davam edirik. Həmkarım Suren Papikyanla CAESAR haubitsalarının tədarükünə dair məhsuldar söhbətimiz oldu. CAESAR haubitsalarının tədarükü yeni mühüm mərhələdir”, - paylaşımda deyilir.

Qeyd edək ki, CAESAR – “Renault Sherpa 10” yük maşını şassisinə quraşdırılmış 155 mm-lik zirehli kabinli, özüyeriyən haubitsadır.