Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ermənilər qaz təchizatının bərpa olunduğunu bildiriblər

Dekabrın 16-da səhər Qarabağın erməni-məskunlaşmış ərazisinə (QƏMƏ) Qaz təchizatı bərpa edilib və gün ərzində Laçın yolu açılmalıdır.

Bu barədə “dövlət naziri” Ruben Vardanyan Youtube vasitəsilə öz müraciətində bildirib. Onun sözlərinə görə, Azərbaycan bunu erməni tərəfdən heç bir güzəştə nail  olmadan edib.

Azərbaycan tərəfi bununla bağlı heç bir bəyanat verməyib.

Qeyd edək ki, qaz təchizatı dekabrın 12-də dayandırılmışdı. Ermənilər bunda Azərbaycan tərəfini ittiham etmişdilər.