Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni spiker: "Azərbaycandan təbii qaz alışını müzakirə edə bilərik"

İrəvan Bakı ilə təbii qaz alışı məsələsini müzakirə etməyə hazırdır.

TASS xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

“Düşünürəm ki, Ermənistan Azərbaycandan təbii qaz alarsa, bu, müsbət hal olar. Bu məsələni müzakirə etməliyik. İndi də Rusiya Federasiyasından aldığımız təbii qazın bir hissəsi Azərbaycan qazıdır”, - o vurğulayıb.