Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni kilsəsindəki böhranı araşdırmaq üçün parlamentdə istintaq komissiyası yaradılıb

Ermənistan parlamentində Erməni Apostol Kilsəsi üzrə istintaq komissiyası yaradılıb.

Ermənistan mediasının xəbərinə görə, bu barədə bu gün parlamentin sədri Ruben Rubinyanın adından bəyanat yayılıb.

Bildirilib ki, komissiyanın məqsədi erməni kilsəsində bir sıra din xadimlərinin fəaliyyəti nəticəsində yaranmış böhranı araşdırmaqdır.

Komissiya üzvlərinin sayını müəyyən edən qərar layihəsi parlamentin növbəti iclasında müzakirə olunacaq.