Erməni hərbçisinin güllələnmiş meyiti tapılıb
18 Fevral 2025
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, fevralın 17-də saat 09:20 radələrində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Sevak Vardanoviç Ovannisyanın güllə yarası almış meyiti aşkarlanıb.
Hadisə ilə bağlı araşdırma aparılır.