Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni hərbçilər qəzaya düşdü: Ölən və yaralılar var

Ermənistanda hərbçilərin olduğu maşın qəzaya düşüb, ölən və yaralananlar var.

"shamshyan.com" xəbər verir ki, Sünik rayonunun İrəvan-Meğri avtomobil yolunun Tsquk kəndinin inzibati ərazisində hələlik naməlum şəraitdə Müdafiə Nazirliyinin dövlət nömrə nişanlı “KamAZ” markalı avtomobili və “Mercedes” avtomobili toqquşub.

Qəza nəticəsində 1 hərbçi hadisə yerində ölüb, 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sisian hərbi hospitalına yerləşdirilib.

Polis ölən və yaralıların kimliyini müəyyənləşdirir.