Erməni hərbçi sərhəddə minaya düşüb, ayaqları amputasiya edilib
05 Aprel 2024
Ermənistan hərbçisi Oskan Sarqsyan sərhədyanı ərazidə minaya düşüb, ayaqları amputasiya edilib.
Bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Bildirilib ki, 1996-ci ildə anadan olan Sarqsyan hadisə nəticəsində ayaqlarından xəsarət alıb və onu Tavuşdan İcevan tibb mərkəzinə aparıblar.
Məlumata görə, hərbçini daha sonra İrəvandakı hospitala yerləşdiriblər və iki ayağını amputasiya ediblər.
Ermənistan Müdafiə Nazirliyi hadisə ilə bağlı şərh verməyib.