Logo
news content
User
Kateqoriyalar

Xəbər

Erməni bloqer: "Paşinyan Azərbaycanın suverenliyinə qəsd edir"

Tanınmış erməni bloqer İşxan Verdyan Nikol Paşinyanı Azərbaycanın suverenliyinə qəsd etməkdə ittiham edib.

Pressklub.az-ın məlumatına görə, Verdyan bildirib ki, hazırda Ermənistan hakimiyyətinin etdiyi Azərbaycanın suverenliyini tapdamaqdan başqa bir şey deyil.

“Beynəlxalq sammitdə İlham Əliyev vəziyyətə nəzarət etmək üçün Sevana beynəlxalq monitorinq missiyası yeritməyi tələb edib”, - deyə o, ermənilərə yazır və əlavə edir:

“Xeyr, tələb etməyib, amma qorxunc səslənir. Doğrudurmu, əziz ermənilər? Laçında monitorinq missiyasının həyata keçirilməsini tələb edəndə Paşinyanın sözləri də azərbaycanlıların qulağında məhz belə səslənir. Ümid edirəm ki, Laçının Azərbaycana aid olduğuna heç kim şübhə etmir?”

Bloqer daha sonra Paşinyanı Azərbaycan daxilində hansısa əməliyyat çağırışında ittiham edib: “Baxın, adam razılıq olmadan Azərbaycanın daxilində hansısa əməliyyatlar keçirməyi qarşısına məqsəd qoyub. Əgər Əliyev buna bənzər söz desəydi, bu, Ermənistanın suverenliyinə qəsd kimi qiymətləndirilərdi. Amma nədənsə Paşinyanın sözlərini bu cür dəyərləndirmək olmaz.

Mən isə bunu suverenliyə birbaşa qəsd kimi nəzərdən keçirirəm və bu qəsdə çox sərt cavab verilə bilər. Və bu sərt addımlar atılanda təəccüblənməyə dəyməz. Çünki hazırda Paşinyan özünü Azərbaycanın suverenlik hüququnun tanımayan barışmaz şəxs kimi aparır”.