Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğanla Boris Consonun türk dilində dialoqu - VİDEO

İspaniyanın paytaxtı Madriddə NATO sammiti keçirilib. Sammit çərçivəsində 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də alyansın digər əsas tərəfdaşları bir araya gəlib.

Sammitin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbət edib.

Ərdoğanla Conson arasında türk dilində keçən dialoq kameralardan yayınmayıb. Belə ki, Boris Conson söhbət zamanı Türkiyə liderinə türk dilində “çox gözəl” deyib. Ərdoğan da, öz növbəsində cavabında “çox gözəl” deyə təkrarlayıb.