Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğanın əsas rəqibi sıradan çıxarılır - Əkrəm İmamoğluna 2 il 7 ay həbs cəzası

Türkiyə məhkəməsi İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna 2 il 7 ay 15 gün həbs cəzası verib.

Qeyd edək ki, ittiham tərəfi İmamoğluna 4 il 1 ay həbs cəzası istəyib. Məhkəmə isə 2 il 7 ay 15 gün həbs qərarı çıxarıb. Eyni zamanda, siyasi fəaliyyət göstərməyi qadağan edən 53 maddənin işə salınmasına da qərar verilib.

Türkiyə KİV-i xəbər verir ki, o, Mərkəzi Seçki Komissiyasının (CHP) üzvlərini təhqir etməkə ittiham olunub.

Ə.İmamoğlunun qərardan şikayət etmək hüququ var. Qərar yuxarı instansiya məhkəmələrinin təsdiqindən sonra qüvvəyə minəcək.

İmamoğlu qərar veriləndən sonra ilk açıqlama verib. O, "Xalqın verdiyi hüququ bir ovuc şəxs ala bilməz. Allahın izniylə mübarizəmiz daha da güclənəcək" deyib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədrinin üzvü olduğu Cümhuriyyət Xalq Partiyası da qərara münasibətini açıqlayıb. Partiyadan verilən açıqlamada "Türkiyə "tək adamdan" daha böyükdür" deyilir. CXP bu bəyanatla "dünya beşdən daha böyükdür" deyən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana öz sözü ilə cavab verərək, qərarın arxasında onun dayandığına işarə edib.

Bu arada, Türkiyə birjaları İmamoğlunun həbs qərarına reaksiya verib. Son məlumatlara görə, əsas indekslərdə ciddi düşmə müşahidə olunub.