Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ərdoğan Bakı ilə İrəvan arasında sülh istədi: "Ən qısa zamanda..."

Azərbaycanla Ermənistan arasında sülh sazişi ən qısa zamanda imzalanmalıdır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident iqamətgahında Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə deyib.

Onun sözlərinə görə, regionda sabitliyə nail olunmalıdır.

Ərdoğan Bakı ilə İrəvan arasında əldə olunan irəliləyişdən məmnun olduğunu və iki ölkənin xarici işlər nazirləri - Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşündən müsbət nəticələr gözlədiyini qeyd edib.