Ərdoğan Azərbaycana gəlib, təyyarəsi Laçın hava limanına enib
28 May 2025
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən Azərbaycana səfər edib.
Pressklub.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi Laçın Beynəlxalq Hava Limanına eniş edib.
R.T.Ərdoğanı Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Laçın beynəlxalq aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.