Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əraqçi: ABŞ-la danışıqlar aparılmır və təzminat ödənməyənə qədər aparılmayacaq

ABŞ İslamabad Anlaşma Memorandumu çərçivəsində İrana qarşı öhdəliklərini yerinə yetirənə və hücumlar zamanı dəyən ziyana görə təzminat ödəyənə qədər Vaşinqton-Tehran danışıqlarının bərpası mümkün deyil.

"Tasnim" agentliyi xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yerli mediaya müsahibə zamanı bildirib.

"Vasitəçilər hələ də danışıqları bərpa etmək yollarını axtarırlar", - İran XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, hazırda əsas danışıqlar Hörmüz boğazı ilə bağlıdır və İranla Oman arasında aparılır. Əraqçi avqustun 8-də bildirib ki, İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındır. Amerikanın Vitse-prezidenti Cey Di Vens isə "Fox News" telekanalının efirində bəyan edib ki, İran hökuməti Hörmüz boğazı üçün ABŞ-dən ödəniş almağı planlaşdırmır.