Logo
news content
User
Kateqoriyalar

Xəbər

Epşteynlə əlaqələrin qurbanı oldu - Dünya İqtisadi Forumunun prezidenti istefa verib

Dünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Börqe Brende fevralın 26-da istefa verdiyini açıqlayıb. Forum bir neçə həftədir Brendenin seksual cinayətkar Ceffri Epşteynlə münasibətlərini müstəqil araşdırmağa başlayıb.

Brende 2017-ci ildən Dünya İqtisadi Forumunun prezidentidir.

ABŞ Ədliyyə Nazirliyinin yaydığı fayllara görə, norveçli siyasətçi Epşteynlə üç işgüzar şam yeməyində iştirak edib, onunla elektron poçt və mesaj vasitəsilə əlaqə saxlayıb. Brende bəyanatında Epşteynin adını çəkməyib, forumdakı 8 il yarımlıq fəaliyyətinin "son dərəcə dəyərli" olduğunu deyib.

Brendenin daha öncə dediyinə görə, 2018-ci ildə Epşteynlə ilk dəfə görüşənədək onun keçmişi, cinayətkar fəaliyyəti haqda bilgisi olmayıb, onu daha dərindən araşdırmadığına görə peşmandır.

Epşteyn 2008-ci ildə azyaşlıları fahişəliyə cəlbetməyə görə məhkum edilib. O, 2019-cu ildə insan alveri ittihamları üzrə məhkəməni gözlədiyi vaxt həbsxanada intihar edib.

ABŞ-də açıqlanan milyonlarla fayl onun dünyada biznes və siyasi elitalar ilə əlaqələrini üzə çıxarıb. Bu sənədlər Britaniyanın keçmiş şahzadəsi Endrü Mauntbatten-Vindzor, digər tanınmış şəxslərlə bağlı cinayət araşdırmalarına səbəb olub.