Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu vəfat edib

Əməkdar İncəsənət xadimi, şair Çingiz Əlioğlu bu gün səhər saatlarında vəfat edib.

Bu barədə onun oğlu Orman Çingizoğlu məlumat verib.

Qeyd edilib ki, şairin cənazəsi sabah dəfn ediləcək.

Çingiz Əlioğlu ilə vida mərasimi sabah 11:00-da Təzə Pir məscidində keçiriləcək.

Xatırladaq ki, Çingiz Əlioğlu 1944-cü ildə Füzuli rayonunda anadan olub. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 1991-ci ildə Azərbaycanın Əməkdar mədəniyyət işçisi və 2005-ci ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adlarına layiq görülüb.