Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.

Sənət adamları bununla bağlı sosial şəbəkə hesablarında paylaşım ediblər.

TƏBİB-dən bildirilib ki, Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, - məlumatda deyilir.

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, C.Məmmədov 1954-cü ildə anadan olub.