Logo
news content
User
Kateqoriyalar

Xəbər

Elmar Məmədyarov: "Özüm üçün işləyirəm, idman edirəm" - FOTO/VİDEO

"İndi özüm üçün işləyirəm. Əlbəttə ki, 16 il qrafiklə xarici işlər naziri işləmişəm. Belə vəzifədə olan insan həftədə 7 gün, 24 saat çalışır, çünki məsuliyyətli işdir. İndi isə qrafikim rahatdır. İdmanla məşğul oluram, internet resuslarından xəbərləri, dünyada gedən prosesləri izləyirəm". Bu sözləri sabiq xarici işlər naziri Elmar Məmədyarov hazırki fəaliyyəti haqda danışarkən deyib.

Regionda baş verən hadisələrə münasibət bildirərkən sabiq nazir deyib: "Nazir kimi fəaliyyət göstərməsəm də bəzən zəng edib, hansısa məsələ ilə bağlı fikrimi öyrənirlər, mən də məsləhətlərimi verirəm. Bildiyiniz kimi, indi Rusiya və Ukraynada, eləcə də bizim ətrafımızda vəziyyət çox çətindir. Amma ən uğurlu xalq işi bu oldu ki, Azərbaycan Qarabağ məsələsini həll etdi. Bu, ən sevindirici hadisə oldu.



Sabiq xarici işlər naziri deyib ki, o, Qarabağ məsələsi ilə 90-cı illərdən məşğul olub: "BMT-də, Azərbaycanda danışıqlarda iştirak edirdim, nazir kimi öz xidmətlərimi göstərirdim. Deyim ki, ilk gündən Azərbaycanın mövqeyi birmənalı idi - erməni qoşunları Azərbaycan ərazilərindən çıxarılmalıdır. Yaxşı olardı ki, məsələ sülh yolu ilə olardı, şəhidlərimiz olmazdı. Amma biz öz yolumuzu tapmışıq. Cənab Prezident sağ olsun, bu məsuliyyəti öz üzərinə götürdü və Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu, Azərbaycan xalqı üçün böyük mənəvi məsələdir".