Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev: "Xəzərin suyu duzsuzlaşdırılacaq"

Azərbaycanda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş gedir. Bu barədə bu gün prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlqoyma mərasimində bildirib.

"Bu layihə həyata keçiriləndən sonra biz Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm içməli su kimi istifadə edəcəyik", deyə Əliyev bildirib.

Dünyanın bir neçə ölkəsi duzsuzlaşdırma sahəsində böyük təcrübəyə malikdir və bizim də Xəzər dənizi kimi böyük su hövzəmiz var. Təbii ki, biz bu imkandan da istifadə edəcəyik, deyə o qeyd edib.

* 2023-cü ilin aprel ayında prezident Əliyev dəniz suyunun duzsuzlaşdırılması tədbirləri haqqında Fərman imzalayıb. Bu sudan Bakı şəhərinin və ona bitişik ərazilərin su təchizatının yaxşılaşdırılması üçün istifadə olunacaq.