Əliyev və Paşinyan Vaşinqtonda ayaqüstü söhbət ediblər
20 Fevral 2026
Prezident İlham Əliyev Vaşinqtonda Ermənistan Baş naziri Nikol Paşinyanla ayaqüstü söhbət edib.
Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Kadrlardan görünür ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də söhbətə qoşulub.