Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əliyev Avropa Siyasi Birliyinin Ermənistandakı sammitinə getməyəcək

"Ermənistanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində müxtəlif səviyyələrdə təmsilçilik nəzərdə tutulmur". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, prezident İlham Əliyevin çox sıx qrafikində və təqvimində may ayında belə səfər nəzərdə tutulmayıb.

Avropa Siyasi Birliyinin 8-ci sammiti 2026-cı il mayın 4-də Ermənistanda keçiriləcək

Bu qurum 2022-ci ildə, xüsusilə Ukraynadakı müharibədən sonra Avropada təhlükəsizlik və sabitliyi artırmaq məqsədilə təsis edilib.

Onun 7-ci sammiti ötən il Danimarkada keçirilib. Bu ilin yaz sammitinin Ermənistanda, 2028-ci ilin yazında isə Azərbaycanda keçirilməsi planlaşdırılır.