Logo
news content
User
Kateqoriyalar

Xəbər

Elin Süleymanov: “Təzyiq və təhlükə şəraitində işimizi davam etdiririk” - FOTO

“Londonda olan Azərbaycan diplomatları öz işlərinə davam edirlər”.

Bu barədə Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov özünün “Twitter” hesabından xəbər verib.

Diplomat Londonda radikalların Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə hücumunun qəbuledilməz olduğunu bildirib və hadisəni barbarlıq adlandırıb.

“Bu, diplomatik müəssisələrin toxunulmazlığı prinsipini birbaşa pozub”, - deyə E.Süleymanov vurğulayıb.

O hazırda Bakıda olduğunu qeyd edib.