Ələsgər Məmmədlinin səhhəti pisləşib
13 May 2024
Həbsdə olan Ələsgər Məmmədlinin səhhəti pisləşib. Bu barədə Turan-a onun qardaşı Nəsimi Məmmədli bildirib. Onun sözlərinə görə, qardaşının müalicəsi dayanıb: "Həkimin Ələsgərə yazdığı müalicə kursu bitib, yenisi isə başlamayıb. 10 gün əvvəl qardaşımın analizlərini alıblar, amma hələlik nəticələrini özünə deməyiblər deyə, yeni müalicə kursunu başlaya bilmir".
O qeyd edib ki, analiz götürüləndə biopsiya müayinəsindən də keçiriləcəyi bildirilib: "Hətta bu analizi harada vermək istədiyini da soruşublar, amma hələlik heç bir nəticə yoxdur".
*Ələsgər Məmmədli martın 8-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-cü maddəsilə (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ittiham irəli sürülüb. Onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Bundan əvvəl, martın 6-da "Toplum" TV və Demokratik Təşəbbüslər İnstitutunun daha 7 əməkdaşı saxlanılıb. Onlardan 5-nin barəsində həbs qətimkan tədbiri seçilib, daha ikisi polis nəzarətinə verilib.