Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ələsgər Məmmədlinin mülki klinikada müayinə olunacaq - Məhkəmə vəsatəti təmin edib

Şənbə günü Xətai Rayon Məhkəməsi Toplum Tv internet nəşrinin həbsdə olan təsisçisi Ələsgər Məmkdinin mülki klinikada tibbi müayinədən keçirilməsi ilə bağlı vəsatəti təmin edib. Bu barədə Turan-a onun vəkili Aqil Lahıc məlumat verib.

Müayinə zərurəti Məmmədlinin qalxanabənzər vəzində həbs olunmazdan əvvəl aşkarlanan şişlə bağlıdır. Lakin həbs olunduğu üçün o, biopsiyadan keçə bilməyib.

Məmmədlinin vəziyyətinin pisləşməsi davam etdiyi üçün ondan təcili biopsiyaya ehtiyac yaranıb.

Qanuna görə, təcridxanada müvafiq müayinə və müalicə üçün imkan və ləvazimat yoxdursa, o zaman onun seçdiyi başqa müəssisədə belə imkan yaradılmalıdır.

Məhkəmə iclasında istintaq orqanı vəsatətə etiraz etməyib və məhkəmə onu təmin edib.

Ələsgərin qardaşı Nəsimi Məmmədli Turan-a bildirib ki, hələlik söhbət müayinədən gedir. Onun sözlərinə görə, Məmmədli bayramdan sonra ailəsinin istədiyi klinikaya müayinəyə aparılacaq. Daha sonra o, istintaq təcridxanasına qaytarılacaq.

Test nəticələrindən asılı olaraq əlavə qərarlar veriləcək.

*Martın 6-8-də Tolum TV və onun tərəfdaş təşkilatı Demokratik Təşəbbüslər İnstitutunun 9 əməkdaşı saxlanılıb. Onlar xarici valyuta qaçaqmalçılığında ittiham olunublar. Yeddi nəfər həbs edilib, iki nəfər isə polis nəzarətinə götürülüb.

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli də valyuta qaçaqmalçılığında ittiham olunub. Guya onon mənzilində axtarış zamanı 7300 avro tapıldığı bildirilir.