Əhmədinejadın öldürülməsi ilə bağlı xəbər yalan çıxdı
18 İyun 2025
İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın öldürülməsi ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə IRNA agentliyi keçmiş prezidentin ofisinin bəyanatına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Əhmədinejadın ofisi bu məlumatı yalan adlandırıb.
Xatırladaq ki, bundan əvvəl xəbər saytları İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın Tehranda sui-qəsd nəticəsində öldürüldüyü barədə xəbər yaymışdılar.