
Əfsanəvi Corc Forman vəfat edib
22 Mart 2025
Boks üzrə ağır çəkidə keçmiş dünya çempionu, amerikalı Corc Forman 76 yaşında vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
"21 mart 2025-ci ildə yaxınlarının əhatəsində dinc şəkildə dünyasını dəyişən sevimli Corc Edvard Formanın vəfatını dərin hüznlə bildiririk. Dualarınıza görə minnətdarıq", - deyə bildirilib.
Qeyd edək ki, 1969-77-ci illərdə və 1987-97-ci illərdə ağır çəki dərəcəsində yarışan Forman, Dünya Boks Şurasının (WBC), Ümumdünya Boks Assosiasiyasının (WBA), Beynəlxalq Boks Federasiyasının (IBF) və Ümumdünya Boks Təşkilatının (WBO) çempionu olub.
O, iki dəfə "The Ring" jurnalı tərəfindən "İlin boksçusu" mükafatına layiq görülüb (1973, 1976).
1994-cü ildə 45 yaşında boks tarixində ən yaşlı dünya çempionu kimi tarixi bir uğura imza atıb. 2010-cu ildə WBA və IBF titullarını qazanmış, bu rekordu həmyerlisi Bernard Hopkins qırsa da, Forman ən yaşlı ağır çəki çempionu olaraq qalıb.
1968-ci il Olimpiya Oyunlarında qızıl medal qazanan Forman, peşəkar rinqdə ümumilikdə 81 döyüş keçirib, onlardan 76-da qalib gəlib (68-i nokautla).