Logo
news content
User
Kateqoriyalar

Xəbər

Əfqanıstanda güclü zəlzələdə ölənlərin saı 1000-i keçib - FOTOLAR

Əfqanıstanda baş verən zəlzələdə ölənlərin sayı artıq 1000-i keçib. 1500-dən çox adam isə xəsarət alıb. Ölənlər əsasən Paktika vilayətinin Barmala, Ziruk, Naka və Qayyan rayonlarındandır.

Bu barədə ABC News məlumat yayıb.

Ərazinin relyefi çətin olduğundan xilasetmə işlərində durğunluq yaranıb. Qeyd olunur ki, Taliban hökuməti beynəlxalq yardım istəyib.

“Ölkədə belə böyük fəlakət yaşandığı təqdirdə başqa dövlətlərin yardımına ehtiyac duyulur. Bu cür nəhəng faciənin qarşısını almaq bizim üçün çətindir”, - Talibanın fəlakətlərin idarə edilməsi üzrə naziri Şarafuddin Muslim söyləyib.

***

Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

Qətərin “Al Jazeera” televiziyası xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə ABŞ-ın "The Washington Post" qəzeti zəlzələdə 155 nəfərin öldüyünü yazıb.