Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Dünyanın gözü Azərbaycanda olacaq” – Britaniya səfiri

“Zati-Aliləri Kral III Çarlz üçün təşkil olunmuş doğum günündə onun can yandırdığı iki ən vacib mövzu – iqlim dəyişikliyi və təbiət haqqında danışmaq istərdim. Çünki beş aydan sonra BMT-nin COP-29 iqlim danışıqlarında dünyanın gözü Azərbaycanda olacaq”.

Pressklub.az xəbər verir ki, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Britaniya kralı III Çarlızın doğum gününə həsr olunmuş tədbirdə çıxışında deyib.

Diplomat Kral Çarlzın COP-28-dəki açılış nitqindən sitat gətirib: “Bununla məşğul olmaq bizim hamımızın borcudur. Dəyişiklik - birlikdə çalışmaqla və dünyamızı təmin edəcək qərarları qəbul etməyi asanlaşdırmaqla baş verəcək. Məhdudiyyətlərin olmaması və ya hərəkətlərimizin heç bir nəticəsinin olmayacağı kimi davam etməklə deyil”.

Son altı ay ərzində Böyük Britaniyanın Azərbaycandakı səfiri olmağın həyəcanverici olduğunu vurğulayan F.Auld növbəti altı ayın daha da maraqlı olacağını deyib. “Altı ay öncə COP29-un Bakıda keçiriləcəyi ilə bağlı razılaşma həm iqlim, həm də regiondakı sülhün bərqərar olması üçün müsbət siqnal idi. Ümid edirəm ki, həm Azərbaycan, həm də Ermənistan COP29-dan əvvəl davamlı sülh sazişinə nail olmaq üçün əlindən gələni etməyə davam edə bilərlər”, - Britaniya səfiri bildirib.

“Azərbaycan təbii ki, odlar diyarıdır. O, günəşin və küləyin sonsuz gücündən istifadə edərək təmiz enerji istehsal etmək üçün əlverişli yerdə yerləşir. bp Cəbrayılda yeni günəş stansiyası tikməklə burada strateji tərəfdaşlıqlarını inkişaf etdirir”, - diplomat deyib.

Fergus Auld qeyd edib ki, Böyük Britaniya Azərbaycana COP-29-u böyük naliyyətə çevirmək üçün əlimizdən gələni edəcək. “Ona ev sahibliyi etmək həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir”, - o əlavə edib.

Turqut