Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyanın ən varlı insanları 1,4 trilyon dollar itirib - SİYAHI

Dünyanın 500 ən varlı insanı 2022-ci ilin əvvəlindən 1,4 trilyon dollar itirib.

Bu barədə məlumatı “Bloomberg” agentliyi yayıb.

Agentliyin məlumatına görə, dünyanın ən varlı 5 insanı cari il ərzində ümumilikdə 345 milyard dollar itirib.

Hər kəsdən çox vəsait itirən şəxs “Binance” kriptovalyuta birjasının təsisçisi Çanpen Çjao olub. Belə ki, o, bu il 85,6 milyard dollar itirib. İkinci pillədə isə 73,2 milyard dollar itirən amerikalı sahibkar İlon Mask yer alıb. “Amazon” şirkətinin təsisçisi Ceff Bezos isə 65,3 milyard dollar itirərək üçüncü pillədə qərarlaşıb.

Qeyd olunur ki, dünyanın ən varlı insanlarının demək olar ki, 64%-i ABŞ, Yaponiya, Çin və Almaniyada yaşayır.