Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünyada yeni münaqişə təhlükəsi - Pekin Tayvana hücum edəcəkmi?

Çin lideri Si Tzinpin ordunun “qeyri-hərbi” məqsədlə istifadəsinə icazə verən fərman imzalayıb.

Bu qərar Pekinin müharibə kimi təsnif edilməyən “xüsusi əməliyyat” adı altında demokratik Tayvan adasının işğalına hazırlaşacağına dair qorxuları artırıb.

Tayvan heç vaxt Çin Kommunist Partiyası tərəfindən idarə edilməyib və Çin Xalq Respublikasının tərkibinə daxil olmayıb, onun 23 milyon əhalisi də suverenlikdən və ya demokratik həyat tərzindən imtina etmək istəmir. Lakin Pekin adanın Çin ərazisinin bir hissəsi olduğu ilə bağlı təkid edir. Bu barədə “Free Asia” radiosu xəbər yayıb.

Si Tzinpin iyunun 15-dən qüvvəyə minəcək fərman imzalayıb, lakin sənədin tam mətni açıqlanmayıb.

“Bu, əsasən əsas prinsipləri, təşkilatları və komandanlığı, əməliyyat növlərini, əməliyyat təminatı və siyasi işi, həmçinin onların qoşunlar tərəfindən həyata keçirilməsini sistematik şəkildə tənzimləyir", - deyə Sinxua dövlət xəbər agentliyinin qısa hesabatında deyilir.

“[Bu] dinc hərbi əməliyyatlar üçün hüquqi bazanı təmin edir”, - deyə agentlik bildirib.