Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya Çempionatı: Messi finalda oynaya biləcəkmi?

Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Qətərdəki dünya çempionatının final oyununa hazırlaşan Argentina millisinin son məşqini buraxıb.

"Mundo Deportivo" nəşri xəbər verir ki, 35 yaşlı hücumçunun sol ayağında zədəsi var.

Xorvatiyanı 3:0 hesabı ilə darmadağın etdikləri yarımfinal matçında bud nahiyyəsindən xəsarət alan forvardın durumu barədə rəsmi məlumat verilmir.

Messi finala vəsiqə qazandıqları görüşdən sonra mətbuata müsahibəsində hər şeyin qaydasında olduğunu bildirib.

Qeyd edək ki, Argentina millisi DÇ-2022-nin finalında Fransa ilə qarşılaşacaq. Dekabrın 18-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.