Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dünya bərpa olunan enerjiə yarım trilyon vəsait yatırıb, bəs Azərbaycan nə edir? - VİDEO

“İnkişaf etmiş ölkələr alternativ və bərpa olunan enerji istehsalına son illərdə nə az, nə çox yarım trilyon dollara yaxın sərmayə yatırıb. Çox yaxın dövrdə planetdə istifadə olunan ənənəvi enerji qaynaqları əvvəlki əhəmiyyətini itirəcək. Onun yerini daha ucuz, təmiz, ekologiya üçün təhlükəsiz olan yaşıl enerji tutacaq”.

Bunu Pressklub.TV-yə msahibəsində neft-qaz sektoru üzrə dünyada tanınmış mütəxəssis Dalğa Xatınoğlu bildirir.

Ekspert bu sahədə Azərbaycanda görülən işlər, icra olunan proqramlardan əldə olunan səmərə və perspektiv haqda danışıb. Dalğa Xatınoğlu nikbindir, o hesab edir ki, çox uzaq olmayan gələcəkdə Azərbaycan yaşıl enerjinin həm istehsalçısına, həm də ixracatçısına çevriləcək.

Ekspertin fikirləri ilə açağıdakı linkə daxil olmaqla tanış olmaq olar.

https://www.youtube.com/watch?v=hHFaW_X7HXc&t=72s

Pressklub.az