DTX Balakəndə əməliyyat keçirib, icra başçısı və müavinləri saxlanılıb
30 Oktyabr 2025
Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.
Əməliyyat zamanı rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.
Qeyd edək ki, xəbəri ilk olaraq Qafqazinfo paylaşıb.