
Dövlət Departamentindən Ukraynadakı faciə ilə bağlı qəribə reaksiya
14 Aprel 2025
ABŞ Rusiyanın Sumiyə bugünkü dəhşətli raket hücumunun qurbanlarına dərin hüznlə başsağlığı verir.
Bunu ABŞ dövlət katibi Marko Rubio “X” hesabında yazıb.
“Bu, Prezident Tramp və onun administrasiyasının bu müharibəyə son qoymaq və davamlı sülhə nail olmaq üçün niyə bu qədər vaxt və səy sərf etdiklərinin faciəvi bir xatırlatmasıdır”, - Rubio qeyd edib.