Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dominikanda gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb

Dominikan Respublikasının paytaxtında Santo Dominqoda “Jet Set” gecə klubunun damının uçması nəticəsində ölənlərin sayı 124-ə çatıb.

Bu barədə “Listin Diario” qəzeti Santo Dominqo Fövqəladə Hallar Xidmətinin direktoru Xuan Manuel Mendesə istinadən məlumat yayıb.

Qeyd olunur ki, 155 nəfər xəstəxanaya yerləşdirilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

Xatırladaq ki, hadisə müğənni Rubbi Peresin konserti zamanı baş verib.

Dominikan Respublikasının Prezidenti Luis Abinader Santo-Dominqodakı gecə klubunda baş vermiş faciə ilə əlaqədar üç günlük matəm elan edib.