Logo
news content
User
Kateqoriyalar

Xəbər

Diplomatik qalmaqal: ABŞ dövlət katibi CAR-ın səfirini ölkədən qovdu

ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının (CAR) səfiri İbrahim Rəsulu “persona non-qrata” elan edib.

Bu barədə M.Rubio “X” sosial şəbəkəsində yazıb.

"Biz daha Cənubi Afrikanın böyük ölkəmizdəki səfirindən məmnun deyilik. İbrahim Rəsul, Amerikaya və Prezidentinə nifrət edən irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç bir şey yoxdur və indi “persona non-qrata” elan olunur", - paylaşımda qeyd edilir.

Cənubi Afrika Respublikası (CAR) ABŞ-dəki səfirinin “persona non-qrata” elan olunması ilə əlaqədar diplomatik kanallar vasitəsilə hərəkət edəcək. Bu barədə CAR-ın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Krispin Piri bildirib.

"Biz ABŞ dövlət katibi Marko Rubionun mesajını gördük", - Piri “X”də bildirib. "Biz diplomatik kanallarla hərəkət edəcəyik", - o vurğulayıb.

Krispin Piri CAR-ın konkret hansı addımlar atmaq niyyətində olduğunu açıqlamayıb. Hazırda CAR-da ABŞ səfiri yoxdur; onun vəzifələrini müvəqqəti işlər vəkili yerinə yetirir.