Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dərs ili nə vaxt başlasın? - Sorğu

2004-cü ildən Azərbaycanda dərs ili sentyabrın 15-dən başlayır. Əvvəlki varianta qayıtmaq – dərs ilinə sentyabrın 1-də start vermək çağırışlarını nəzərə alan vətəndaş cəmiyyəti eksperti Samir Əliyev 21-23 iyunda özünün sosial şəbəkə hesablarında sorğu keçirib.

Ekspert yazır ki, sorğuya 714 nəfər qatılıb: “Sorğu iştirakçılarının 65%-i özünü valideyn, 7%-i şagird, 4%-i tələbə kimi təqdim edib. Respondentlərin 24%-i digər qruplara aid olub.

Sorğuya qatılanların 62,7%-i dərs ilinin sentyabrın 1-də başlamasına tərəfdar çıxıb, 27,7%-i indiki tarixi (15 sentyabr) məqbul sayıb, 9%-i tarixin önəm daşımadığını bildirib, 0,6%-i sualı cavabsız qoyub”.