Dənizin dibindən 600 yaşı olan "xəzinə" tapıldı
14 İyun 2024
Çinli arxeoloqlar Cənubi Çin dənizinin dibindən Min sülaləsinə (1368-1644) aid 900-dən çox artefakt çıxara biliblər.
Bu barədə Çinin Mədəni İrs üzrə Dövlət İdarəsi məlumat yayıb.
Bildirilib ki, həmin dövrdə iki gəminin batdığı akvatoriyada işlər 2023-cü ilin may ayından etibarən aparılır.
1500 metr dərinlikdən çıxarılan əşyalar arasında çini qablar, dulusçuluq və mis sikkələr də var. Bu tapıntılar tarixçilərə 500-600 il əvvəl bu bölgədə ticarətin necə aparıldığına dair daha dolğun təsəvvür yaratmağa imkan verəcək.