Logo
news content
User
Kateqoriyalar

Xəbər

Dəməşqdə kilsədə terror aktı törədilib, 25 nəfər ölüb

Dəməşqin şərqində yerləşən Duveyla rayonundakı yunan kilsəsində ibadət zamanı partlayış baş verib.

bu barədə "SANA" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb. Onun İŞİD üzvü olduğu bildirilir. 

Hadisə zamanı o, əvvəlcə kilsəyə toplaşan insanlara atəş açıb və əl qumbaraları atıb, daha sonra isə özünü partladıb.

Nəticədə azı 25 nəfər həyatını itirib, onlarla yaralı var.