Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2026-nın ən gözəl qolu müəyyənləşdi - VİDEO

FIFA 2026-cı il dünya çempionatının ən gözəl qolunu açıqlayıb.

Mükafata 1/16 final mərhələsində Argentina millisinə qarşı keçirilən oyunda Kabo-Verde yığmasının müdafiəçisi Sidni Kabralın vurduğu qol layiq görülüb.

Kabralın matçın 103-cü dəqiqəsində vurduğu qol hesabı 2:2 etsə də, Kabo-Verde yığması əlavə vaxtda Argentinaya 2:3 hesabı ilə məğlub olub.

Səsvermədə ikinci yeri Özbəkistan millisinin hücumçusu Eldor Şomurodov, üçüncü yeri isə Haiti yığmasının forvardı Vilson İzidor tutub.

Xatırladaq ki, iyulun 19-da başa çatan 2026-cı il dünya çempionatının qalibi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.