Logo
news content
User
Kateqoriyalar

Xəbər

DÇ-2022: Sonuncu vəsiqənin sahibi və bütün qrupların tərkibi dəqiqləşdi

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına sonuncu vəsiqənin sahibi müəyyənləşib.

32-ci iştirakçı komanda adını Kosta Rika yığması qazanıb.

Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Yeni Zelandiyanı 1:0 hesabı ilə üstələyib. Bununla da dünya çempionatında bütün qrupların tərkibi dəqiqləşib.

Pley-off mərhələsinin oyunlarından sonra mundiala vəsiqə qazanan komandarın adları və qrupların tərkibi belədri:

A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland,

B qrupu: İngiltərə, İran, ABŞ, Uels,

C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa,

D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis,

E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya,

F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya,

G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun,

H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya.

Qeyd edək ki, DÇ-2022 noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq.