Logo
news content
User
Kateqoriyalar

Xəbər

Danimarkda ticarət mərkəzində terror aktı: Ölənlər var

Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşən Field's ticarət mərkəzində baş verən atışmada bir neçə nəfər ölüb.

Bu barədə şəhər polisinin rəhbəri Soren Tomassen bildirib.

Danimarka Radiosunun məlumatına görə, azı 3 nəfər yaralanıb: “Bir neçə yaralı və bir neçə ölü var”- polis rəisi əlavə edib.

Hadisə vaxtı binada yüzdən çox adam olub.

Hadisəni törədən şəxs saxlanılıb. Bildirilir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 22 yaşlı danimarkalıdır.  Saxlanan şəxsin ətrafında istintaq hərəkətləri aparılır.

Polis cinayətin terror xarakteri daşıdığını istisna etmir.