Logo
news content
User
Kateqoriyalar

Xəbər

Danimarkanın Baş nazirinə küçədə hücum edərək, vurublar

Naməlum şəxs Danimarkanın Baş naziri Mette Frederiksenə hücum edib.

"Ritzau" agentliyinin verdiyi xəbərə görə, hökumət başçısı paytaxt Kopenhagenin Kultorve meydanında olarkən bir nəfər yaxınlaşaraq onu vurub.

Hökumət Dəftərxanası qeyd edib ki, Mette Frederiksen baş verənlərdən şoka düşüb. Frederiksenin özü bu məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Polis hücumçunu saxlasa da, hələlik hadisə ilə bağlı açıqlama verməyib.