Logo
news content
User
Kateqoriyalar

Xəbər

Daha bir ölkə "F-16"larla Rusiya ərazisinə zərbə vurmağa icazə verdi

Ukrayna Silahlı Qüvvələrinə verilən "F-16" qırıcıları Rusiya ərazisindəki hədəflərə zərbələr endirmək üçün istifadə oluna bilər.

Bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren “Politico”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Niderland qırıcıların istifadəsinə heç bir məhdudiyyət qoymayacaq:

“Onlardan yalnız BMT Nizamnaməsində qeyd olunduğu kimi beynəlxalq hüquqa və özünümüdafiə hüququna əməl etmələrini istəyirik. Bu o deməkdir ki, onlar bundan özünümüdafiə üçün lazım olan hərbi məqsədlərə nail olmaq üçün istifadə edirlər”.