Daha 26 nəfər COVID-19-a yoluxdu
18 İyun 2022
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib.
Ölkədə son sutka ərzində 2189, hazırkı dövrədək isə 6 936 343 test aparılıb.