Dağıstan hökumətinə Məhəmməd Ramazanov rəhbərlik edəcək
07 May 2026
Əvvəllər Rusiyanın Şimali Qafqaz Federal Dairəsində prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsini tutan Məhəmməd Ramazanov Dağıstan hökumətinin sədrinin müvəqqəti əvəzi təyin edilib.
Bu barədə Rusiya mediası xəbər verir.
Dağıstanın müvəqqəti icraçı rəhbəri Fyodor Şukin regional hökumətin istefası barədə fərman imzalayıb. Sənəd bu gün qüvvəyə minib.
Nazirlər Kabinetinə yeni tərkib formalaşanadək öz funksiyalarını tam həcmdə yerinə yetirməyə davam etmək tapşırılıb.