Logo
news content
User
Kateqoriyalar

Xəbər

Conson döyüşdən qalib ayrıldı: Bir illik toxunulmazlığı var

Britaniya parlamentində Boris Consona etimad səsverməsi keçirilib. Conson partiya lideri və krallığın hökumət başçısı vəzifələrini qoruyub saxlayıb.

Britaniya parlamentinin İcmalar Palatası Baş nazir Boris Consona etimadsızlıq səsverməsi ilə bağlı keçirilən gizli səsvermənin nəticələrini açıqlayıb.

Britaniyanın “The Guardian” nəşrinin xəbərinə görə, mühafizəkarlar Consona etimadsızlıq elan etmək üçün kifayət qədər səs toplaya bilməyiblər. Beləliklə, Britaniya hökumətinin başçısı bir il müddətinə toxunulmazlıq alıb.

Səsvermədə ümumilikdə 359 deputat səs verib. Deputatlardan 211-i Consonu dəstəkləyib, 148 nəfər etimadsızlıq göstərib.

Qeyd edək ki, Consonun istefası üçün səs vermək üçün azı 180 deputatın səsi lazım idi.

Səsvermədən əvvəl Baş nazir parlamentariləri ona dəstək verməyə çağırıb, gələcəkdə vergiləri azaldacağını və onları “qələbəyə” aparacağını vəd edib.