Co Bayden Vladimir Putinlə uzun söhbət etməyi planlaşdırıb
04 Dekabr 2021
ABŞ prezidenti Co Bayden Ukrayna məsələsində heç bir qırmızı xəttə hörmət etmədiyini bildirib.
“RİA Novosti” xəbər verir ki, dövlət başçısı bunu Vaşinqtondan Merilend ştatına yola düşməzdən əvvəl deyib.
Dövlət başçısı Rusiyanın NATO-nun Ukrayna ərazisində infrastruktur qurması və Rusiya sərhədlərinə yaxınlaşması ilə bağlı xəbərdarlığına da münasibət bildirib: “Mən heç bir qırmızı xətt tanımıram", deyə Bayden vurğulayıb.
ABŞ rəhbəri, həmçinin rusiyalı həmkarı ilə “uzun söhbətə” ümid etdiyini bildirib: “Biz Rusiyanın hərəkətləri barədə çoxdan məlumatlıyıq. Ümid edirəm Putinlə uzun söhbətimiz olacaq”.(APA)