Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çirkli havanın fəsadı - İnsan ömrü 10 ilə qədər azalıb

ABŞ-ın Çikaqo Universitetinin hazırladığı araşdırmaya əsasən Hindistanda havanın çirklənməsi təhlükəli həddə çatıb.

Araşdırmada Hindistanın paytaxtı Yeni Dehlidə havanın çirklənməsinin insan ömrünü 10 ilə qədər qısaltdığı bildirilib.

Hava çirkliliyinin insanların həyat keyfiyyətinə təsirlərini araşdıran araşdırma, dünyanın ən çirkli yerinin ölkənin şərqində yerləşən Hind-Qanq düzənliyi olduğunu ortaya çıxarıb.

Əgər havanın çirklənmə səviyyəsi bu şəkildə davam edərsə, Pəncab əyalətindən Qərbi Benqala qədər uzanan və yarım milyarddan çox insanın yaşadığı bölgədə orta ömür uzunluğunun 7,6 il azala biləcəyi qeyd edilib.

COVID-19 tədbirlərinə baxmayaraq, Hindistanda havanın çirklənməsi 2020-ci ildən etibarən artmağa davam edib. 2020-ci ildə havanın çirklənməsinin orta ömür uzunluğuna təsiri dünya üzrə 2,2 il olduğu halda, Hindistanda bu nisbət 5 ilə yüksəlib.

Qeyd edilib ki, bu vəziyyətə əsasən nəqliyyat vasitələrinin hərəkətinin artması və kömürlə işləyən elektrik stansiyaları səbəb olub.

Belə ki, Hindistanda elektrik stansiyalarının sayı son 20 ildə 3-4 dəfə artıb.

Əgər havanın çirklənmə səviyyəsi bu şəkildə davam edərsə, Pəncab əyalətindən Qərbi Benqala qədər uzanan və yarım milyarddan çox insanın yaşadığı bölgədə orta ömür uzunluğunun 7,6 il azala biləcəyi qeyd edilib.