Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çingiz Əhmədovun oğlu İzmir aeroportunda terrorçu kimi saxlanılıbmış - VİDEO

Əməkdar artist Çingiz Əhmədovun oğlu aktyor İbrahim Çingiz başına gələn maraqlı hadisədən söz açıb.

İbrahim Çingiz bu barədə ARB TV-də yayımlanan “Söhbət var” verilişində qonaq olarkən danışıb.

O bildirib ki, “Yuxu kimi” serialında rol alarkən yaratdığı uzun saç və saqqallı imicinə görə onu hava limanında terrorçu zənn edərək saxlayıblar.

“6 ay seriala görə dırnaqlarımı tutmurdum, saçımı, saqqalımı da kəsmirdim, amma vaxtı-vaxtında çimirdim. Bakıya qayıdanda İzmir hava limanında polislər məni terrorçu bilib saxladılar və çamadanlarımı boşaltmağa başladılar. Deyirəm ki, qardaş, mən aktyoram. Dedilər ki, aktyorsansa, “Instagram” hesabını göstər. Sosial şəbəkə hesabıma baxdılar, paylaşımlarımı və izləyici sayımı gördükdən sonra məni rahat buraxdılar, çamadanlarımı yığıb, yola saldılar məni”.