Logo
news content
User
Kateqoriyalar

Xəbər

Çində güclü zəlzələ: Xeyli ölən və yaralanan var

Çinin şimal-qərbindəki Qansu əyalətində güclü zəlzələ baş verib.

Çin Mərkəzi Televiziyasının verdiyi məlumata görə, ən azı 118 nəfər ölüb, yüzlərlə yaralı var.

Yeraltı təkanlar Pekin vaxtı ilə gecə yarısı qeydə alınıb. Bölgədə maqnitudası 6,2 bal olan bir neçə yeraltı təkan qeydə alınıb. Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Zəlzələnin episentrində və ətraf ərazilərdə evlərə, yollara və digər infrastrukturlara ziyan dəyib, elektrik və su təchizatında fasilələr yaranıb.

Axtarış-xilasetmə işləri çətin meteoroloji və coğrafi şəraitlə çətinləşib. Gecə zəlzələ zamanı çöldə havanın temperaturu -14 dərəcəyə enib.

Zəlzələnin təsiri qonşu Çinxay əyalətində də hiss olunub.